AVTO

19 May

Nissan yenilənmiş modelini təqdim edib - FOTO

Nissan şirkəti ənənəvi ötürmələr qutusudan məhrum edilmiş ilk hibrid krossoverini təqdim edib.

Tailand bazarı üçün nəzərdə tutulan yenilənmiş Kicks modeli alternativsiz olaraq e-Power güc qurğusu ilə təchiz olunur. Güc qurğusunun tərkibinə 1,2-litrlik atmosfer mühərriki və ötürücü qutunun yerində quraşdşırlan elektromotor və dartma batareyası daxildir. Nissan şirkətinin hazırladığı e-Power hibrid sistemi 2016-cı ildə Note hetçbekində debüt edib, sonra isə Serena minivenində quraşdırılıb. Lakin, belə qurğu Yaponiyadan kənarda istehsal edilən modellərdə tətbiq edilmirdi. Nissan Kicks modeli e-Power hibrid qurğusunu əldə edən ilk krossoverdir.