Alman ABT Sportsline atelyesi yeni nəsil Audi RS Q3 krossoveri üçün hazırladığı tüninq proqramını təqdim edib.
Kemptenli tuner beşsilindrli 2,5-litrlik turbomühərrikin gücü 440 at qüvvəsinə qədər artırmağı təklif edir. Mühərrikin hasilatının artırılması ABT Power blokunun köməyi ilə nail olunub: mütəxəssislərin müdaxiləsindən sonra 2,5-litrlik turbomühərrikin gücü 440 at qüvvəsinə, fırlanma anı isə 520 Nm-ə qədər artırılıb. Müvafiq olaraq, artım 40 at qüvvəsi və 40 Nm təşkil edib. 7-pilləli S tronic "robotu" və Quattro tam ötürməsi dəyişilməz qalıb.