Böyük səbirsizliklə gözlənilən “Mercedes-AMG GLE 53 4MATIC+ Coupé” modelinin təqdimatı ölkəmizdə “Mercedes-Benz”in Azərbaycandakı Baş nümayəndəliyi “Autocapital-Azerbaijan” şirkətinin təşkilatçılığı ilə gerçəkləşdi. 12 may 2020-ci il tarixində baş tutan təqdimat pandemiya və ölkəmizdəki karantin rejimi ilə əlaqədar vəziyyəti nəzərə alaraq, “Rəqəmsal yayım” formatında həyata keçirildi.
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri “Autostar Kaukasus GmbH Azərbaycan” şirkətinin satış üzrə mütəxəssisi Emin Dadaşov COVID-19 pandemiyası ilə əlaqəli yaranan vəziyyətin ciddiləşməsi şəraitində “Daimler Group”un istehsalının çox böyük hissəsini dayandırma məsələsinə də münasibət bildirdi:
“İşçi qüvvəsinin səhhətini qorumaq və infeksiyanın yayılması şəraitində öz korporativ məsuliyyətimizi icra etməyimizlə bağlı məcburi dayanmalar və gecikmələr yaşanıb. Bütün proseslər müddətində MB brendinə sadiq qalan partnyor və müştərilərimizə “Mersedes-Benz”in Azərbaycandakı nümayəndəliyi adından təşəkkürümüzü bildiririk”.
Onu da qeyd edək ki, “Coupe SUV” seqmentinin populyarlıq qazandığı bu günlərdə “Mercedes-AMG GLE 53 4MATIC+ Coupé” eleqant idman profili, dinamikliyi və temperamenti nümayiş etdirir. İdman, yolsuzluq keyfiyyətlərini və gücü unikal, gözəl formada özündə birləşdirən “AMG GLE 53 4MATIC+ Coupé” yetərincə iddialıdır və hazırda rəqabəti üstələməkdədir.
Yenilənmiş “MULTIBEAM LED” faralar və dəyişdirilmiş bamper quruluşu, böyüyən arxa ekzos başlıqları, yeni nəsil AMG təkər çarxları, digər dizayn elementləri avtomobilə sərt və eleqant görüntü qatmaqdadır.
“AMG Performance” sükan çarxı, “AMG Dynamic Selecet” hərəkət rejimi, “Touch-Control” düyməli sürət keçiriciləri isə interyerdə nəzərə alınan yeni nəsil üstünlüklərdən sadəcə bir hissəsidir. Ən güclü krossover olan yeni “Mercedes-AMG GLE 53 4MATIC+ Coupé” birinci “yüz”ü 5,3 saniyəyə yığır. Avtomobilin maksimal sürəti saatda 250 km-dir.