Bir qayda olaraq, kütləvi avtomobillərin kiçik saylı tirajla buraxılan xüsusi versiyaları "adi" modellərdən yalnız xüsusi tərtibatı və genişləndirilmiş təchizatı ilə fərqlənirlər.
Lakin, Toyota şirkəti bu dəfə daha irəli gedərək, Yaponiyadakı müştərilərinə Corolla modelinin həqiqətən qeyri-adi modifikasiyasını təklif edib. Xatırladaq ki, Yaponiyada satılan yeni nəsil Toyota Corolla sedanları və universalları qlobal bazarda satılan qardaşlarından nəzərə çarpacaq dərəcədə fərqlənirlər. Yapon modelləri daha yığcamdırlar, özünəməxsus avadanlıq siyahısına və opsional tam ötürmə sisteminə malikdirlər.