Chevrolet Tahoe ofrouderi ABŞ-da polislər arasında Forf Explorer qədər populyar olmasa da, hüquq-mühafizə orqanlarında xidmət keçir. Bu gün Chevrolet şirkəti Tahoe modelinin iki zavod versiyasını təqdim edib. Nə qədər qəribə səslənsə də, versiyalardan biri cinayətkarları təqib etmək üçün nəzərdə tutulub.
İkinci modifikasiya isə daha ağlabatan işlə - 3,7 ton ağırlığında qoşqunu yedəyə almaq ilə məşğul olacaqdır. Tahoe Police Pursuit Vehicle (PPV) adlanan polis avtomobili təkmilləşdirilmiş asqını, yeni amortizatorları, stabilizatorları, 406 millimetrlik diskləri və altı porşenli supportları olan Brembo əyləc mexanizmlərini, həmçinin gücləndirilmiş arxa differensialı əldə edib. Bu dəyişikliklər azaldılmış klirens ilə birlikdə avtomobilin idarəetməsini yaxşılaşdırır və sürətli manevrlər zamanı daha dayanıqlı olmasını təmin edir. Bundan əlavə, xüsusi Firestone Firehawk Pursuit təkərləri sayəsində polis avtomobilinin əyləc məsafəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.