AVTO

15 May

Çin markası Avropa bazarına girir - FOTO

Çinin BYD şirkəti Avropa bazarına müdaxilə etməyə hazırlaşır.

Üstəlik, çinlilər hədəf olaraq premium sedanlar seqmentini seçiblər. Maraqlı gedişdir və doğrusu by gedişin nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirik. Çin markasını Avropada təmsil edəcək ilk avtomobil isə, Han EV elektrokarı olacaqdır. BYD Han EV modeli "ölməz" Blade Battery batareyasına malikdir və yaxşı sürətlənmə dinamikası ilə öyünə bilər - sedan ilk «yüzlüyə" 3,9 saniyəyə sürətlənir.