Əslində, Maserati şirkəti ortamühərrikli MC20 superkarını bu ay təqdim etməli idi. Lakin, koronavirus pandemiyası istehsalçının planlarını alt-üst edib.
Məlum məsələdir ki, yeni superkarın ətrafında cərəyan ehtirasların azalmaması üçün müəyyən tədbirlər görmək gərəkdir. İtalyan istehsalçısı da məhz belə bir addım ataraq, superkarın yeni şəkillər toplusunu dərc edib. Məlum məsələdir ki, superkar yenə də kamuflyaja malikdir. Lakin bu dəfə, avtomobilin örtüldüyü kamuflyajın naxışı, keçən ay vəfat etmiş əfsanəvi britaniyalı pilot Ser Stirlinq Mossa həsr edilib.