AVTO

12 May

Lexus yeni yığcam krossover buraxmaq niyyətindədir

Hal-hazırda Lexus şirkətinin təklif etdiyi model xəttinə olan ən yığcam krossover UX modeli sayılır.

Lakin, yaxın gələcəkdə UX bu adı itirə bilər. Çinin Autohome nəşrinin iddialarına görə, Lexus şirkəti ölçülərinə görə UX modelindən də kiçik olan BX krossoverini buraxmaq niyyətindədir. Yeni məhsul, eyni zamanda, yapon markasının model çeşidində ən ucuz model olacaq və texniki cəhətdən bu yaxınlarda təqdim olunan Toyota Yaris Cross modelini təkrarlayacaqdır. Lexus BX modelinin satışlarına 2023-cü ildə başlanmalıdır.

Çinin "Autohome" nəşri, subcompact Lexus BX modelinin, Yaris Cross modelindən daha iri olacağını, orijinal kuzovu və daha zəngin avadanlıqlar siyahısı ilə fərqlənəcəyini iddia edir. Lexus BX krossoveri TNGA modul platformasının ən yığcam versiyasına - GA-B platformasına əsaslanacaqdır. Xatırladaq ki, Lexus UX isə GA-C platformasında inşa edilir. Yeni Lexus krossoverinin uzunluğu 4,3 metrdən çox olmayacaqdır.