AVTO

12 May

Toyota Prius 20 illik yubileyini qeyd edib

Toyota şirkəti Prius hibridlərinin ABŞ bazarında satışa çıxarılmasının 20-ci ildönümünün şərəfinə hazırladığı 2020 Edition adlı yubiley seriyasını təqdim edib.

Fins.az xəbər verir ki, məhdud saylı tirajla buraxılacaq hibridn fərqli cəhətləri qara rəngli emblemlər və disklər, seçilmiş kozuv rəngləri və firma dekoru olacaqdır.

Toyota Prius 2020 Edition hibridi 2020 nüsxəlik tirajla buraxılacaqdır. Toyota Prius modelinin yubiley versiyasının təchizatına qanadlar və baqaj qapağındakı parlaq qara loqotiplər, antrasit rəngli 17-düymlük təkər diskləri, tündləşdirilmiş optika və yan güzgülərin xüsusi gövdələri daxildir. Prius 2020 Edition modelinin alıcıları iki kuzov rəngindən birini seçə bilərlər: tünd-qırmızı Supersonic Red və ağ Wind Chill Pearl.