Alman Manhart atelyesi "bərkgedən" Audi RS Q8 modeli üçün hazırladığı RQ 900 adlanan təkmilləşdirmələr proqramını təqdim edib. Proqramın adındakı rəqəm biturbo mühərrikin artmış gücünə işarə edir. Tirajı 10 nüsxə ilə məhdudlaşacaq krossoverin qiyməti 280.000 avrodur.
Manhart mütəxəssisləri ilk növbədə şassini təkmilləşdiriblər - Audi RQ 900 modeli adi RS Q8 krossoverinə nisbətən 30 millimetr azaldılmış klirensə malik olub. Bundan başqa, krossover yeni kuzov dəstinə sahib olub. Dəstin tərkibinə kapot, ön splitter, təkər tağlarının genişləndiriciləri, yan ətəklər və diffuzor daxildir. Krossoverin daxili tərtibatında qara rəngli dəridən, alkantaradan və karbondan dekor elementlərindən istifadə edilib. Bundan başqa, tüner qəzələ və qırmızə rəngdə haşiyə və tikişləri təklif edir.
Əsas dəyişikliklər isə kapotun altındadır: yumşaq hibrid sistem ilə birlikdə işləyən qüdrətli 4,0-litrlik V8 mühərriki daha böyük turbokompressorları, yeni gücləndirilmiş komponentləri və idarəetmə qurğusunun yenidən yazılmış proqram təminatını əldə edib. Eyni zamanda, ötürmə qutusu və buraxılış sistemi də modernləşdirilmədən keçib. Bundan başqa, katalitik neytralizatoru olmayan və ya biraxınlı səsboğucu sistemini də sifariş etmək olar.
Təkmilləşdirmələr nəticəsində mühərrikin gücü 600-dən 900 at qüvvəsinə, fırlanma anı isə 800-dən 1080 Nm-ə qədər artılıb. Lakin, tüner RQ 900 modelinin dinamik göstəricilərini açıqlamayıb. Standart Audi RS Q8 krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir ki, bu da Porsche Cayenne Turbo modelində olduğundan 0,1 saniyə azdır. Lamborghini Urus bir daha sürətlidir - italyan krossoveri 100 km/saata sürətlənməyə 3,6 saniyə sərf edir.