AVTO

06 May

Tesla yük elektromobillərin istehsalını təxirə saldı

Tesla bu il istehsalını planlaşdırdığı yük elektromobillərin istehsalını gələn ilə qədər təxirə salıb.

Fins.az bildirir ki, buna səbəb kimi şirkətin koronavirus pandemiyasından sonra maddi çətinliklər yaşadığı göstərilib.

Bu barədə Tesla səlahiyyətlisi Jerome Guillen məlumat verib. O, bildirib ki, şirkət bu növ elektromobillərin istehsalına 2021-ci ildən tez başlamayacaq.

Qeyd edək ki, yük elektromobillərinin iki növdə istehsal olunacağı gözlənilir. Onlardan biri 480, digəri isə 800 kilometr üçün nəzərdə tutulub. Satış qiymətlərinin isə uyğun olaraq 150 və 180 min dollar olacağı qeyd edilib.