Hyundai şirkətinin Santa Cruz modeli ilə pikap seqmentinə daxil olmağa hazırlaşdığı artıq məlumdur. Bir müddət bundan öncə, casuslar yeni modelin kamuflyaja bürünmüş sınaq prototipinin şəkilini də çəkməyə müvəffəq olublar. Bu günlərdə isə, pikapın daha bir şəkli peyda olub - bu seriya modelinin kuzovudur.
Şəkildə bamperləri və hərəkət hissəsi olmayan kuzov təsvir edilib və onun yan tərəflərindəki döymələrin yeni nəsil Hyundai Elantra modelindəkinə bənzədiyi diqqəti çəkir. Hyundai şirkəti yeni firma dizayn üslubunu Parametric Dynamics adlandırır və bir nöqtədə birləşən üç xətt bu dizaynın seçilən cəhətidir. Bundan başqa, Santa Cruz maili arxa dayaqları da əldə edib.