BMW i8 və M1 modellərinin ideoloji varisi olan Vozoin M next layihəsi bavariyalılar tərəfindən qeyri-müəyyən müddətə dodurulub.
Keçən il təqdim edilən konsept hibrid qurğulu i8 modelini əvəzləyəcək yeni superkara çevrilməli idi. Eyni zamanda, bavariyalılar, yeni superkarın 1978 -1981-ci illər arasında buraxılmış əfsanəvi M1 modelinin mənəvi varisi olduğunu da iddia edirdilər. Bir neçə gün bundan öncə "Car and Driver" nəşri bavariyalıların 600 at qüvvəli hibrid superkarı hazırladığını bildirsə də, alman istehsalçısına yaxınlığı ilə tanınan BMW Blog nəşri britaniyalıların məlumatını təkzib edən xəbəri yayıb. Nəşrin şirkət daxilindəıki mənbələrinin bildirdiyinə görə, BMW yeni superkarın yaradılması üzərindəki çalışmaları dayandırıb.