AVTO

05 May

Dünyada ilk sendviç quruluşlu batareya bloku təqdim olunub

Çinin Aiways şirkəti dünyada ilk sendviç quruluşlu batareya blokunu təqdim edib. Patentləşdirilmiş konstruksiyanın əsas cəhəti radiator və hüceyrələrin arasında yerləşən izolyasiya lövhəsidir. Bu löhvə blokun ciddi deformasiyası zamanı belə, soyuducu mayenin sızmasının qarşısını alır və batareyanı daha etibarlı edir.

63 kilovat-saatlıq Aiways batareya bloku akkumulyator hüceyrələrindən, soyutma sisteminin radiatorundan və izolyasiya lövhəsindən ibarət çoxqatlı "sendviçdir". Bu lövhə əlavə istilik izolyasiyasını təmin edir və modulları soyuducu mayenin sızmasından qoruyur. Şirkətdən verilən məlumata görə, elektrokarların batareyalarının təhlükəsizliyi ilə bağlı hadisələrin 80 faizinin səbəbi soyuducu mayenin hüceyrələrin quru hissəsinə düşməsidir.