Toyota şirkətinin Thailandda fəaliyyət göstərən bölməsi Karl Lagerfeld moda evi ilə birlikdə hazırladıqları C-HR krossoverinin dizayner versiyasını təqdim edib. Krossover yalnız ağ haşiyələri olan qara rəngli kuzov ilə təklif olunur. Xüsusi versiyanın qiyməti 1.219.000 batdır (67.580 manat).
Xüsusi versiya Toyota C-HR by Karl Lagerfeld Limited Edition adlanır. Dizayner krossoveri ikirəngli kuzovu, qara rəngli 17-düymlük təkər diskləri, LED duman işıqları və kuzovun yan tərəfindəki Karl Lagerfeld emblemləri ilə seçilir. İnteryer, o cümlədən yüksək keyfiyyətli dəri ilə örtülmüş oturacaqlar da qara və ağ rəngdə tərtibata malikdirlər.
Dizayner Toyota C-HR modelinin alıcılarına Karl Lagerfeld markalı aksesuar dəsti də təklif olunur. Bu dəstin tərkibinə səyahət çamadanı, çanta, papaq və açar üçün brelok daxildir. Dəstin qiyməti 50 min batdır (2.600 manat).
Toyota C-HR by Karl Lagerfeld Limited Edition xüsusi versiyası, krossoverin Tailand bazarında satılan C-HR HV Hi top versiyasına əsaslanır. Belə krossoverlər 1.8-litrlik mühərrikin və E-CVT variatoru əsasında yaradılmış 122 at qüvvəli hibrid güc qurğusu ilə təchiz olunurlar.
Bizim bazarda Toyota CH-R modeli 51.300 manatdan başlayan qiymətlər ilə satılır.