AVTO

05 May

Rolls-Royce rallidə qalib gəlib - VİDEO

"Roadshow" nəşrinin jurnalisti Emma Hall keçən il keçirilmiş Rebelle rallisində qalib gəlib. Tədbir payızda Kaliforniya və Nevada səhralarında keçirilir və bu rallidə yalnız qadınlar iştirak edə bilər. Olduqca mürəkkəb və məkrli üç min kilometrlik marşruta baxmayaraq, Hall və onun komanda yoldaşı Rolls-Royce Cullinan modelinin sükanı arxasında inamlı qələbə qazana biliblər.

Rebelle rallisində iştirak edən avtomobillər iki sinfə bölünür. Birinci kateqoriyaya Jeep Wrangler və Land Rover Discovery kimi oforuderlər daxildir, ikinci kateqoriyada isə, aparıcı kuzova malik olan krossoverlər, məsələn, Rolls-Royce Cullinan və ya Subaru Forester kimi modellər çıxış edirlər. Bütün avtomobillər zavod versiyasında olmalıdır - yalnız yolsuzluq şinlərinin, mühərrikin və asqı elementlərinin müdafiəsinin quraşdırılmasına icazə verilir.

Emma Hall keçən ilki yarışda qalib gəlsə də, ralli haqqında videohesabatı dünən yerləşdirilib.

Rolls-Royce Cullinan modeli 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki təchiz edilir. Ofrouderin Black Badge versiyası isə, həmin mühərrikin 600 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən versiyası ilə hərəkətə gəlir.  «Qara emblemli» Rolls-Royce Cullinan 100 km/saat həddini 4,9 saniyəyə toplayır ki, bu da adi krossoverdə olduğundan 0,3 saniyə yeyindir. Maksimal sürət həddi isə, hər iki versiyada elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdrılıb