AVTO

04 May

Bu avtomobilin satış qiyməti açıqlandı - 334 min - FOTO

Alfa Romeo "bərkgedən" Giulia GTA və GTAm sedanlarının qiymətini açıqalyıb və Centro Stile bölməsinin onlar üçün hazırladığı livreyaları təqdim edib.

Modellərin rənglənməsi, 1970-ci illərdə Avropa kuzov çempionatında iştirak etmiş yarış Alfa Romeo avtomobillərinin livreyasını təqlid edir. Livreyalar qırmızı, qara, ağ və ya sarı rənglərin müxtəlif birləşmələrindən ibarətdir. Mart ayının əvvəlində təqdim olunmuş ekstremal Alfa Romeo Giulia GTA və GTAm modelləri Giulia Quadrifoglio modifikasiyasına əsaslanır. Sedanlar 540 at qüvvəli 2,9-litrlik altısilindrli biturbo mühərrik ilə təchiz edilir. Ekstremal modellər titandan hazırlanmış Akrapovič buraxılış sistemi, digər amortizator və yaylar, karbon hissələri, həmçinin Alfa Romeo şirkətinin Formula 1 çempionatındakı tərəfdaşı Sauber Engineering firmasının iştirakı ilə yaradılmış aktiv aerodinamika ilə təchiz edilirlər.

Hər iki avtomobili baza Trophy White, Montreal Green və GTA Red livreyalarına, eləcə də keçmişin yarış "Alfalarını" təqlid edən livreyalardan birinə rəngləmək olar. Alfa Romeo şirkəti Giulia GTA və GTAm modellərini 500 nüsxəlik tirajla buraxacaqdır. GTA sedanının qiyməti 175 min avro təşkil edir. Arxa divanın yerinə gücləndirici quraşdırılmış və 100 kiloqram daha az çəkiyə malik olan GTAm modeli isə, 180.000 (334,170 AZN) avroya satılacaqdır.