Almaniyada 1984-cü ildə istehsal olunan cəmi 300 kilometr sürülmüş ralli yarışları üçün hazırlanmış “Lada 2105” sedanı satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, avtomobili yarışlarda istifadə etmək məqsədi ilə üzərində ciddi şəkildə dəyişikliklər aparılaraq hazırlanıb. Maşın gücləndirilmiş asma və idman səsboğucusu və s. xüsusiyyətlərlə təmin edilib.
Avtomobil 185 l.s güclü 1,6 litrlik benzinlə işləyən mühərriklə təchiz edilib. Lakin sürət qutusu barədə məlumat verilmir.
“Lada 2105” qiyməti 39,999 avro (74 min azn) təşkil edir.