Lexus şirkəti Avropa bazarında təklif etdiyi hibrid qurğulu NX krossoverlərinin çeşidini genişləndirib. Yapon şirkəti NX 300 h modelinin öndənçəkişli, 17-düymlük təkər diskləri və yenilənmiş avadanlıq siyahısına malik olan sadələşdirilmiş versiyasını buraxıb.
Yeni modifikasiya tam ötürməli hibrid versiyasından daha yüngül, ucuz və qənaətcildir. Ön ötürməli NX 300h modelinin əsas texniki fərqi arxa oxda quraşdırılan 68 at qüvvəli elektrik mühərrikindən imtina edilməsidir. Bununla birlikdə, ikinci elektrik mühərrikindən imtina krossoverin dinamik xüsusiyyətlərinə təsir göstərməyib – səbəb isə, 155 at qüvvəsi hasil edən 2,5-litrlik benzin mühərrikinin və 143 at qüvvəli elektromotorun daxil olduğu hibrid güc qurğusunun dəyişilməz qalmasıdır.