“Nissan Motor Co.”nun yeni proqnozuna əsasən, nəhəng avtomobil istehsalçısının 1 aprel 2019-cu il - 31 mart 2020-ci il maliyyə ilində xalis zərəri 1,4-1,5 mlrd. dollara çata bilər.
Fins.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu şirkətin xalis zərər üzrə verdiyi fevral proqnozundan 2,4 dəfə çoxdur.
Qeyd edək ki, Yaponiya avtomobil istehsalçısı bildirib ki, xalis zərərin 75%-dən çox olan payına avtomobil və ehtiyyat hissələrinin satışlarının azalması, qalan hissəsinə isə əsasən satışın maliyyələşdirilməsi işi üçün əlavə müddəalar düşür.