Koenigsegg şirkətinə məxsus olan RAW Design House dizayn studiyası, isveç markasının başlanğıc modeli haqqında düşüncələrini təqdim edib.
Layihə müəllifi, finlandiyalı dizayner Esa Mustonenə görə, "kiçik" hiperkar Qandini konseptlərinin üslubunda pazşəklli kuzova sahib ola bilər. Eyni zamanda, Koenigsegg markasına xas olan dizayn elementləri - panoram ön şüşə və "iki çıxıntılı" dam, - qorunub saxlanmalıdır.