Dünən Lexus şirkətinin GS modelinin təqüdə göndərilməsini qeyd etmək üçün Eternal Touring ("Əbədi Tur") versiyasını hazırladığı barədə xəbər vermişdik. Sən demə, GS Eternal Touring bu sedanın yeganə versiyası deyilmiş. Yaponiya ilə eyni zamanda, okeanın o biri tərəfində modelin digər bir xüsusi versiyası təklif ediləcəkdir.
Lexus GS Black Line adlandırılmış sedanının buraxılışımodelin istefası ilə əlaqələndirilməsə də, ABŞ üçün nəzərdə tutulmuşversiya, bir çox cəhətdən Eternal Touring versiyasını təkrarlayır. "Qara xətli" versiya sadəcə GS 350 F Sport modelinin qara rəngli radiator barmaqlığı, güzgü gövdələri, baqaj qapağındakı spoyler, eləcə də qara təkər diskləri və narıncı rəng əyləc supportları ilə təchiz Edilmiş variantıdır. Sedanın interyer tərtibatı da vida versiyası ilə demək olar ki, eynidir. Hər iki versiyanın satışlarına yayın əvvəlində başlanacaqdır. Amerikada satılacaq Lexus GS Black Line modelinin qiymətləri elan edilməsə də, tirajı məlumdur - 200 nüsxə.