Yaxın zamanlarda Mercedes-Benz şirkəti bayraqdar modeli olan S-Class sedanının yeni nəslini təqdim edəcədir. Lakin, bizim şəkillərdə gördüyümüz model, sedanın standart və uzun bazalı versiyalarından sonra debüt edəcəkdir. Bu avtomobil, prototipi Nürburqrinq trekində sınaqdan keçirilən yeni nəsil Mercedes-Maybach S-Class modelidir.
Prototipin güclü kamuflyaja malik olmasına baxmayaraq, qarşımızdakı avtomobilin Mercedes-Maybach subbdrendinə aid olmasına dəlalət edən elementlər uzun arxa qapılar və kamuflyajın altından görünən şaquli zolaqları olan radiator barmaqlığıdır. Dəbdəbəli modellərə xas olan bu dizayn elementi ilk dəfə 2016-cı ilin Vision Mercedes-Maybach konseptində debüt edib. 2018-ci ildə belə radiator barmaqlığı "təqaüdə" getməyə hazırlaşan cari Mercedes-Maybach S-Class sedanda və Mercedes-Benz GLS 600 krossoverində tətbiq edilib.