AVTO

27 Aprel

Öz əllərinizlə telefon üçün avtomobil tutacağı - FOTO

Bu gün smartfonlar üçün avtomobil tutacaqlarının çeşidi böyükdür. Hər zövqə, rəngə və büdcəyə uyğun cihaz seçə bilərsiniz. Ancaq birdən sınarsa və özünü təcrid vəziyyətində yenisini almaq üçün bir yol yoxdursa nə etməli? Tutacağı əlinizdəki vasitələrdən özünüzün necə düzəldə biləcəyinizə Avtosfer.az portalı aydınlıq gətirəcək.

Epidemioloji vəziyyətin çətin olduğu üçün zəruri mal satmayan mağazaların əksəriyyəti müvəqqəti bağlanıb. Cib telefonu üçün avtomobil altlığı, sonuncular arasına təəssüf ki, daxil edilmir. Cihazı onlayn mağazadan sifariş etmək olar, amma burda da gözləmək lazımdır və həmişəkindən daha çox: indi çatdırılma xidmətindəki yük xeyli böyüyüb və bu ümumi özünü təcridetmə rejimi ilə əlaqədardır. Lakin tutacaq sınıbsa, asanlıqla bir çoxunun əlində olan əşyalardan müvəqqəti düzəldə bilərsiniz, daha doğrusu - yazı masanın süyürtməsində. Smartfonun evdə hazırlanan avtomobil "qoruyucusu", əlbəttə ki, bəzi çatışmazlıqlara malikdir. Ancaq mütəmadi olaraq əsas funksiyasını yerinə yetirəcəkdir.

Əlbəttə ki, telefon mərkəzi tuneldə bunun üçün xüsusi bir yerə qoyulur. Ancaq sonuncu üsul qurğunu naviqator kimi istifadə edənlərə qəti uyğun gəlmir. Əlinizdə isə smartfon tutmaq nəinki əlverişsizdir, həm də uyğun deyil. Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanun"un 37-ci maddəsinin (Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri), 5-ci bəndinin (Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:), 2-ci sətrinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;) görə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 342.6 maddəsi ilə 50 AZN cərimə nəzərdə tutulur.

Avtomobildə smartfon üçün sadə bir tutacaq hazırlamaq üçün yalnız bir dəftərxana kağızı sıxacağı (buna binder klip də deyirlər), bir neçə rezin (pul dəstəsini bağlamaq üçün istifadə olunan), adi ip və bir az boş vaxt lazımdır. Sıxacaq seçərkən, əsas şey - ölçüsü ilə səhv etmək olmaz. Kiçik sıxacaqlar uyğun gəlməyəcək.

Əvvəlcə sıxacaqdan hər iki "qulağı" çıxarmaq və "petlə" olan tərəfə bir az əymək lazımdır. Bundan sonra onları sıx bir iplə sarımaq məsləhət görülür ki, sonradan sıxıcı bir tutucuya çevrildikdə metal hissələr telefonu cızmasın. İpin yerinə büzülmə borusunu istifadə etmək olduqca mümkündür. Sonra dəmirləri yerlərinə qaytarırıq və bir neçə rezinlə düzəliş edirik.

Hazır cihaz deflektora bərkidilir. Əl ilə hazırlanmanın mənfi tərəfi odur ki, telefon fırlana bilmir. Və, bəlkə də, sürücünün ekrana baxacağı bucaq çox əlverişli olmayacaqdır.

Yeri gəlmişkən, belə bir cihazın başqa bir faydalı xüsusiyyəti də var. Avtomobildə müxtəlif qurğular üçün çox sayda enerji qidalandırıcı tel saxlayanlar üçün onları səliqəli yığmağa kömək edəcək.