Toyota şirkəti, gözlənildiyi kimi, bu gün B seqmentindən olan yeni yığcam krossoverini təqdim edib. Yeni krossoverin adı rəsmi olaraq açıqlanmasa da, dərc edilmiş şəkillərdə modelin üzərində Yaris Cross yazıları olan lövhələr vardır. Bununla belə, şirkət avtomobilin bəzi texniki detallarını paylaşıb. Məsələn, Yaris hetçbeki ilə eyni platformanı paylaşan krossoverin hibrid güc qurğusu ilə təchiz ediləcəyi məlum olub. Güc qurğusu, Toyota şirkətinin C-HR və RAV4 modellərində istifadə etdiyi sxemə əsasən yaradılmışdır.
Atkinson dövrü ilə işləyən 1,5-litrlik üçsilindrli mühərriki istiliyin faydalı iş əmsalının effektivliyini artırmaq üçün optimallaşdırılmışdır: mühəndislərin bildirdiyinə görə, bu rəqəm 40% -ə çatır ki, bu da çox yaxşı nəticə hesab olunur. Güc qurğusunun elan edilmiş ümumi gücü 116 at qüvvəsidir. Yaponlar yeni modelin AWD-i adlanan tam ötürmə sistemi ilə təchiz edildiyini də bildiriblər. Toyota Yaris Cross modeli adi halda öndənçəkişlidir, lakin tələb olduqda sistem arxa oxu qoşur: məsələn, sürətlənmə və ya sürüşkən səthlərdə hərəkət edərkən. Sistemin elektrik komponentinin mexaniki analoqlardan daha yüngül olduğu və yanacağa qənaət etdiyi iddia edilir.