AVTO

24 Aprel

Koronavirusa görə dünya bazarında avtomobil satışları 22 faiz azalacaq

Mütəxəssislər 2020-ci ildə dünya bazarında avtomobil satışlarının koronavirus səbəbindən 22 faiz azalacağını düşünürlər.

Fins.az xəbər verir ki, dünyada bir il ərzində 70,3 milyon nəqliyyat vasitəsi satılacaq.

“Təxirə salınmış və sarsılan tələblər qlobal tədarük zəncirlərinin genişmiqyaslı pozulması ilə birləşdirildiyi üçün bazar perspektivləri birmənalı deyil”, - proqnozda qeyd edilir.

Ekspertlər hesab edirlər ki, əsas bölgələrdəki avtomobil zavodları bağlandıqdan sonra istehsalın tam bərpası üçün vaxt lazımdır. Buna görə də dünyada avtomobil istehsalı 21 faiz azalacaq.