Yeni “Tesla Cybertruck” elektrik pikapları bir müddət suyun üzərində qala biləcək.
Fins.az xəbər verir ki, bu haqda İlon Mask öz “Tvitter” hesabında yazıb.
“Tesla Cybertruck” modeli 2019-cu ilin noyabr ayında təqdim edilib. Avtomobilin korpusu gülləkeçirməyən poladdan, şüşələri isə polimer kompozitdən hazırlanıb.
Bu modelin əsas xüsusiyyəti futuristik dizayna malik olmasından ibarətdir.
“Tesla Cybertruck” avtomobilinin kütləvi istehsalı 2021-ci ildə başlayacaq.