Audi şirkəti yeni nəsil A3 modelinin sedan kuzovuna malik olan versiyasını təqdim edib. Məlum məsələdir ki, yeni sedan internetdə təqdim edilib:
Audi şirkəti yeni sedanı Cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırsa da,avtosalonun ləğv edilməsi inqolştadtlaılarıb planlarını alt-üst edib. Audi A3 sedanı bir müddət bundan əvvəl debüt etmiş A3 Sportback hetçbekinin demək olar ki, bənzəridir – yəni, hər iki model orta dirəklərə qədər eynidir.
Sedanın arxa hissənin tamamilə yeni dizaynı əldə edib. Əlbəttə ki, arxa hissənin dizaynı böyük dördqapılı modellərin müəyyən etdiyi ənənələrə ciddi şəkildə riayət olunmaqla hazırlanıb. Eyni zamanda, mühəndislər sedanın aerodinamikasını optimallaşdırmağa müvəffəq olublar. Sedanın aerodinamik müqavimət əmsalı 0,25-ə bərabərdir ki, bud a, sələfində olduğundan 0,04 daha yaxşıdır.