AF-Racing AG şirkətinin R-Reforged avtomobil bölməsi kiçik miqyaslı seriyadan olan Vantage V12 Zagato Heritage cütlüyü barədə məlumatla bölüşüb. Kolleksiya dəstinə Aston Martin V12 Vantage S modelinin bazasında hazırlanmış və Zagato atelyesinin korporativ üslubunda dizayna malik olan kupe və spidster daxildir. Layihə, Aston Martin Vantage V12 Zagato Heritage Twins by R-Reforged adlanır. Avtomobilləri R-Reforged şirkətinin İngiltərənin Uorik şəhərindəki yeni müəssisəsində əl ilə yığılacaq və yalnız cüt şəkildə satılacaqdırlar. Zagato atelyesinin birldirdiyinə görə, dəstlərin əksəriyyəti artıq sifariş olunub. Yeri gəlmişkən, cəmi 19 dəst buraxılacaqdır. Cütlüyün qiymət açıqlanmayıb, ancaq onların qiymətinin bir neçə milyon funtdan az olmayacaqdır.
Kupe və spidsterin buraxılışı iki yubileyə həsr olunub: Zagato atelyesinin yaradılmasının 100 illliyinə və atelyenin Aston Martin ilə əməkdaşlığının 60 illiyinə. Hər iki avtomobil V12 Vantage S modelinə əsaslanır, lakin onun 5.9-litrlik on iki silindrli mühərriki 525 at qüvvəsi deyil, təxminən 600 at qüvvəsi hasil edir. Avtomobillərin kuzovu tamamilə karbondan hazırlanmışdır. Bundan başqa, onlar mərkəzi kilidi olan 19-düymlük təkər diskləri və R-Reforged tərəfindən hazırlanmış aktiv aerodinamika sistemi ilə təchiz edilir.