AVTO

23 Aprel

Bu avtomobil şirkəti müştərilərinə pul paylayacaq

Volkswagen konserni İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Birliyin (VZBV) markanın 260.000 müştərisinin adından verdiyi kollektiv iddianı məhkəməöncəsi qaydasında həll etməyə razı olub. Reuters agentliyinin məlumatına görə, konsern 200 min müştəri ilə razılığa gəlib və onlara 620 milyon avro köçürəcəkdir. VZBV tərəfindən verilən kollektiv iddia "dizelqeytin" tarixində ən böyük iddia olub. 260 min müştəri konsernin 830 milyon avroya yaxın təzminat ödəməsini tələb edib.

İddia müəllifləri Volkswagen rəhbərliyinin səhlənkarlığı ucbatından və dizel mühərriklərinin atmosferə atdığı zərərli maddələrin səviyyəsinin azaldılması səbəbindən dizel avtomobillərinin bazar dəyəri aşağı düşüb.  İstehsal ilindən asılı olaraq, hər bir avtomobil üçün təzminat 1350-6250 avro təşkil edəcəkdir. Daha əvvəl, ödənişlərin xüsusi elektron platformanın vasitəsi ilə köçürüləcəyi məlum olub. Şirkətin qərarı ilə razılaşmayanlar fərdi qaydada iddia qaldırmaq imkanı əldə edəcəklər. Bu halda, məhkəmə prosesi 2020-ci ilin oktyabrına qədər davam edə bilər. Bundan əlavə, Almaniya vətəndaşı olmayan və ya 31 dekabr 2015-ci ildən sonra avtomobil almış müştərilər kompensasiya ödənişləri ala bilməyəcəklər. Emissiya məlumatları ilə manipulyasiya Volkswagen konserninə 30 milyard dollara başa gəlib. Bu məbləğə cərimələr, iddia tələblərinə görə ödənişləri və mühərrikin təkmilləşdirilməsi xərcləri daxildir. ABŞ-da, demək olar ki, bütün Volkswagen sahibləri, 25 milyard dollarlıq təzminatın ödənilməsi ilə nəticələnən kollektiv iddiaya imza atıblar. Autograph.