AVTO

22 Aprel

Azərbaycanda son üç ayda avtomobil benzininin istehsalı 13,5 faiz artıb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816,0 milyon manat olub.

Fins.az-ın məlumatına görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 9,6 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb.
Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.