"Car and Driver" nəşrinin bildirdiyinə görə, Cadillac CT5-V Blackwing idman sedanı ən güclü Cadillac avtomobili ola bilər. Nəşr, GM konsernindəki mənbələrinə istinadən, CT5-V Blackwing sedanının 360 at qüvvəli 3,0-litrlik V6 mühərrikinin əvəzinə, CTS-V modelindən tanış olan 6,2-litrlik V8 mühərriki ilə təchiz ediləcəyini bildirib. 6,2-litrlik aqreqatın gücü əvvəlki 659 at qüvvəsindən çox olmalıdır. CT5-V Blackwing sedanının mexaniki ötürmələr qutusu ilə təklif ediləcəyi də məlumdur. CT4-V Blackwing sedanı da, öz növbəsində, 329 at qüvvəli 2,7-litrlik "turbidördlüyü" Cadillac ATS-V modelindəki 3,6-litrlik V6 biturbo mühərrikinə dəyişə bilər.
Cadillac bu məlumatları rəsmi olaraq təsdiqləməsə də, Blackwing xəttindən olan CT5-V və CT4-V modellərinin CT6-V modelindən tanış olan 4,2-litrlik kompressorlu V8 mühərriki ilə edilməyəcəklərini söyləyib. Bundan başqa, Cadillac yeni "qaraqanaqdlı" idman sedanının Virginia International Raceway trekində daha yeyin olacağını vəd etsə də, konkret rəqəmləri səsləndirməyib. CT5-V Blackwing sednının təqdimatı 2021-ci ildə baş tutmalıdır.