Koronavirus pandemiyası, Jeep şirkətini yeni nəsil Grand Cherokee modelinin təqdimatını təxirə salmağa məcbur edib.
Bu barədə "Automotive News" nəşri xəbər verib. Jeep şirkəti yeni Grand Cherokee modelini bu ilin iyun ayında keçiriləcək Detroyt avtosalonunda təqdim etməyi planlaşdırıdı, lakin ABŞ-da virusun yayılması ilə bağlı yaranmış çətin vəziyyət, ofrouderlər istehsalçısının planlarını alt-üst edib. Nəticədə, yeni nəsil Grand Cherokee modelini üç ay sonra nümayiş etdiriləcək, onun payıza planlaşdırılan satışları da daha sonrakı tarixə təxirə salınacaqdır. Bundan əlavə, FCA konserni ABŞ və Meksikadakı zavodları müvəqqəti bağlamaq məcburiyyətində qalıb. ABŞ-da istehsalın yenidən başlamasına may ayının ortalarında start veriləcəkdir. Meksikadakı konveyerlər isə bu gün, 20 aprel tarixində işə başlamalıdırlar. Ontario və Toledodı zavodlar mayın 4-də işə başlayacaqdırlar. Jeep şirkəti Detroit avtosalonunda daha bir təqdimatı - gələcəkdə Jeep markasının flaqmanına çevrilməli olan tam ölçülü Grand Wagoneer modelinin debütünü planlaşdırmışdı.