AVTO

17 Aprel

Avropada avtomobil satışları 55% azalıb

Bu ilin mart ayında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı koronavirus (COVID-19) pandemiyasının təsiri ilə illik müqayisədə 55,1% azalaraq 567 308 ədədə düşüb. 

Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb. 

Məlumata görə, Aİ-na üzv ölkələr arasında ən çox azalma İtaliyada qeydə alınıb - 85,4%. Növbəti pillələrdə 72% azalma ilə Fransa və 69,3% azalma ilə İspaniya qəralaşıb.

Ötən ay Avropada ən çox avtomobil satışını 164 653 ədədlə “VW Group” reallaşdırıb. Onu 68 816 ədədlə “PSA Group” və 55 663 ədədlə “Renault Group” izləyib.