AVTO

17 Aprel

Yapon dizayner BMW 2002 modelinin ruhunu canlandırıb

BMW 2002 modeli alman markanın ən vacib avtomobillərindən biridir, desək yanılmarıq.

Məsələn, bu model sayəsində alman markası ABŞ bazarında populyarlaşmağa başlamışdı. Bu populyarlığın əsas səbəbləri yığcam modelin sürətli, çevik xarakterli və ən əsası həvəskarlar üçün maliyyə baxımından əlçatan olması idi. Yapon dizayner Naoto Kobayaşi klassik elementləri müasir BMW modellərin dizayn üslubu ilə qarışdıraraq, bu günki BMW 2002 modelinə olan baxışını nümayiş etdirib.