AVTO

17 Aprel

Toyota GR Supra kupesi üçün hazırlanan tüninq - FOTO

BMW modellərinin tüninqi üzrə ixtisaslaşmış Manhart atelyesi Toyota GR Supra kupesi üçün hazırladığı tüninq proqramını təqdim edib. Yeni proqram GR 450 adlanır.

Tüninq proqramı mühərrikin yeni idarəetmə blokunun, yeni asqı sisteminin və 20-düymlük təkər disklərinin quraşdırılmasını nəzərdə tutur. Məlum məsələdir ki, yapon kupesi alman tünerin imzasına çevrilmiş idman zolaqları ilə də bəzədilir. Ən güclü Toyota GR Supra modeli 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin turbomühərriki ilə təchiz olunur. Manhart mütəxəssisləri mühərrikin gücünü 450 at qüvvəsinə, fırlanma anını isə 650 Nm-ə artırmağı təklif edirlər. Bunun üçün, MHtronik Powerbox idarəetmə blokunu (və ya standart blokun proqramını yenidən yazmaq), aktiv çəpərcikləri olan və paslanmayan poladdan hazırlanmış yeni səsboğucu sistemi quraşdırmaq gərəkdir.