AVTO

16 Aprel

Lüks təyyarənin salonu - FOTO

Yuxarıdakı şəkilə diqqətlə baxın. Sizcə, belə məkanı harada görmək olar? İlk növbədə xəyalınızda dəbdəbəli mehmanxananın penthauzu və yaxud hansısa milyarderə məxsus olan iri yaxtanın kayutalarından biri canlanır? Sizi məyus etməliyəm - qarşınızdakı Airbus A350-900 təyyarəsinin salonudur. Bu layihənin müəllifləri hər bir avtomobilsevər üçün yaxşı tanış olan Pininfarina dizayn studiyası və hava gəmilərinin tərtibatı üzrə unikal təcrübəyə malik olan AMAC Aerospace şirkətidir.

Onların birgə hazırladığı innovativ Airbus A350-900 konsepsiyasını sərnişinlərin uçuşa dair təsəvvürlərində inqilab edəcəkdir. Konsepsiya Pininfarina studiyasının çoxtərəfli dizayn təcrübəsindən ilhamlanır - gəmi interyerlərindən tutmuş memarlıq layihələrinə qədər. Tərəflərin məqsədi, sərnişinlərin təyyarədə olduqlarını unutdura bilmək üçün rahat və səliqli bir məkan yaratmaq idi. Bu məkanda hər şey səyahətçilərin istəyinə əsasən yaradılıb: bu qanadlı maşın uçuş zamanı, istirahət etmək, işləmək, qidalanmaq, əyləncəli söhbətlərə qatılmaq və hətta görüşlər keçirmək kimi istənilən ehtiyacı qarşılaya bilər. Müasir həyat tərzi, fərdi və çalışma məkanlar bu çoxfunksiyalı salonda vahid bir yerdə toplanıbdır.