AVTO

16 Aprel

Müştərilər bu şirkətə avtomobili qaytarıb pulu geri ala bilərlər

Volkswagen şirkətinin dizelgeyt ilə bağlı problemləri davam edir.

Fins.az xəbər verir ki, bu günlərdə Volkswagen konserninin 250 mindən çox müştərisi ona qarşı konsernin tarixində olan ən böyük kollektiv iddianı qaldırıblar. İddia yenə də dizelgeytə aiddir. Müştərilər onlara dəyən maddi ziyanın ödənilməsini tələb edirlər. Ödənişlərin ümumi məbləği 800 milyon avrodan çox ola bilər. Hal-hazırda "aldadılmış" müştərilərin siyahısına avtomobillərini təxmin etdikləri qiymətə satmaq iqtidarında olmayan 250-262 minədək müştəri daxildir: dizel mühərriklərinin atmosferə atdığı zərərli maddələrin səviyyəsinin azaldılması düzgün səbəbindən Volkswagen modellərinin bazar dəyəri aşağı düşüb. Alman konserni və federal istehlakçılar birliyi, iddia iştirakçılarının aprelin 20-dək qeydiyyatdan keçmələri barədə razılığa gəliblər.

Əvvəlki razılığa əsasən, Volkswagen ilkin alış qiymətinin 15 faizi məbləğində kompensasiya ödəyəcəkdir. Bu məbləğ, nəqliyyat vasitəsinin növündən və buraxılış ilindən asılı olaraq təqribən 1350 ilə 6257 avro arasında olacaqdır. Öz növbəsində, şirkətin hesablamalarına görə dəymiş zərərin ümumi məbləği təxminən 830 milyon avro olmalıdır. Bütün ödənişlər xüsusi elektron platformada vasitəsi ilə həyata keçirləcəkdir. Şirkətin bu qərarı ilə razılaşmayan fərdi qaydada iddia qaldıra biləcəklər. Bu halda, məhkəmə prosesi 2020-ci ilin oktyabrına qədər davam edə bilər. Bundan əlavə, Almaniya vətəndaşı olmayan və ya 31 dekabr 2015-ci ildən sonra avtomobil almış müştərilər kompensasiya ödənişləri ala bilməyəcəklər. Alman konserni 5 may tarixinə təyin olunan ilk məhkəmə iclası öncəsi, danışıq yolu ilə razılığa gəlmək istəyir. Volkswagen şirkətinə qarşı Dizelqeytlə bağlı qaldırılmış son ittihamlar, alman prokurorluğunun konserninin mənzil-qərargahına baş çəkməsində sonra ötən ilin sonlarında qaldırılıb. Müstəntiqlər, alman mühəndislərinin fikrincə, ekoloji problem yarana biləcək EA288 indeksli dizel mühərrikinin yaradılması və sınanması ilə əlaqəli sənədləri götürüblər.