AVTO

15 Aprel

Geely Binyue modeli Pro idman versiyasında təklif ediləcək

Geely şirkəti Binyue modelinin "qaynar" Pro versiyasını buraxacağını bəyan edib.

"Qaynar" Geely Binyue Pro krossover 1,5-litrlik üçsilindrli turbomühərrikin gücü artırılmış versiyasına xə xüsusu dekora sahib olacaqdır. Geely şirkəti hələlik yalnız Binyue Pro modelinin rəsmi şəkillərini paylaşmaqla kifayətlənib. Pro modifikasiyası adi krossoverdən daha aqressiv dizaynı olan ön bamperləri, qara rəngli təkər disləri, qırmızı əyləc supportları, kuzovun ikirəngli boyama sxemi və iki cütlənmiş çıxış borulari olan buraxılış sistemi ilə seçiləcəkdir. Bundan başqa, krossover damda quraşdırılmış spoylerə, "karbondan" güzgü korpuslarına və interyerin idman üslubunda tərtibatına malik olacaqdır.