AVTO

15 Aprel

BMW-nin dizayneri maska hazırladı - FOTO

BMW şirkətində çalışan rus avtomobil dizayneri Yevgeni Maslov koronavirusa qarşı sadə, ucuz və təkrar istifadə edilə bilən maska təklif edir.

Bumask adını alnmış bu maskanı kartondan hazırlamaq mümkündür. Maslovun təklif etdiyi maska, parçadan hazırlanan maskalara alternativ olan etibarlı və ucuz maskadır. Birincisi, yığılmamış halda o, çox yığcam formaya (düz karton vərəq) malikdir, ikincisi isə, tipoqrafiyalarda kütləvi şəkildə istehsal edilə bilər. İstənilən şəxs şablonu və yığılma təlimatlarını Bumask.ru saytında pulsuz yükləyə bilər.

Yığılan karton maska daxili filtr üçün qısqaclara, əlavə germetizasiya və üzün formasına uyğunlaşma elementlərinə, burun zonasındakı havalandırma dəliklərinə və qaytanlar üçün bir neçə deşiyə malikdir. Maska müxtəlif materiallardan hazırlana bilər. Ən sadəsi isə çap kartonudur ki, bu halda maskadan 6-8 saat ərzində istifadə etmək mümkündür. Bundan əlavə, maskanın bio-neytral plastikdən hazırlanması mümkündür. Kağız dəsmaldan, bez və ya tibbi maskasından hazırlanmış filtr 2-3 saatdan bir dəyişdirilməlidir. Qaytan və ya rezin korddan bərkitmə də mövcuddur.