Alman Patent İdarəsinin məlumat bazasında X8 M əmtəə nişanının qeydiyyata alınması üçün verilmiş ərizə aşkar olunub. Sənədlər bu il 23 martın tarixində BMW şirkətinin adından təqdim edilib. Güman edilir ki, bu indeks altında X7 krossoverinin dəbdəbəli və dördyerli lüks versiyası buraxılacaqdır.
Zahiri cəhətdən, BMW X8 modelinin ondan bir pillə aşağıda dayanacaq X7 krossoverini təkrarlayacağı güman edilir. Üstəlik, insayderlər, yeni modelin X7 krossoverinin kupeşəkilli versiyasının olmadığını bildiriblər. Bununla belə, yeni krossover bir qədər dəyişdirilmiş profilə malik olacaqdır. İki krossover arasındakı əsas fərqlər salonun daha dəbdəbəli tərtibatıdan, zəngin təchizat səviyyəsindən və ikinci cərgədəki fərdi kreslolardan ibarət olacaqdır.