Yeni nəsil Mazda6 modelinin növbəti nəsli barədə yeni məlumat peyda olub.
Yeni model arxaçəkişli modul platformasında inşa ediləcək və hibrid güc qurğusuna malik olan kupeşəkilli kuzova sahib olacaqdır. Yeni nəsil Mazda6 modelinin dizaynının 2017-ci ildə Tokyo avtosalonunda nümayiş etdirilmiş Mazda Vision Coupe konseptindən ilham alınaraq yaradılacağı söylənilir. Yeni dizayn növbəti nəsil Mazda6 modelini sələflərindən ciddi şəkildə fərqlənməsinə səbəb olacaq.