Almaniyada yeni Citroen C4 Aircross modelinin yol sınaqları zamanı qalmaqal yaranıb. Paparazzilər test prototipinin şəkillərini çəkməyə çalışıblar, amma test sürücüləri onlara mane olamağa çalışıblar. Hətta, bu zaman kiçik əlbəyaxa da yaşanıb: sürücülər fotoqraflardan birini itələyərək onun kamerasını əlindən almağa təşəbbüs göstəriblər. Hadisə şahidləri polisi çağırmalı olublar. İctimai yollarda sınaqdan keçirilən prototiplərin şəkillərini çəkmək adi haldır və qanunla bu qadağan etmir. Bununla birlikdə, alman Motor Auto und und Sport nəşrinin fotoqrafların hərəkətləri yeni Citroen C4 Aircross prototipini müşayiət edən qrupu qəzəbləndirib. Sürücülərdən biri hətta operatora güc tətbiq edib və hadisə yerinə səs siqnalını qoşmuş və sayrışan işıqları yandırmış patrul avtomobili gəlib.
Baş verənləri tədqiq edən polis, fotoqrafa işini davam etdirməyə icazə verib. Bu hadisədən ən çox zərər çəkən isə, hadisənin baş verdiyi yanacaqdoldurma məntəqəsinin sahibi olub - məntəqəyə giriş bir neçə saatlıq bağlanıb.
Qalmaqala səbəb olan yeni Citroen C4 Aircross modeli fransız markasının model xəttində C4 Cactus modelini əvəz edəcəkdir. Yeni C4, son nəsil Peugeot 208 və Opel Corsa modellərinin əsasını təşkil edən CMP (Common Modular Platform) platformasında inşa edilib. C4 ailəsinə hetçbek və krossover daxil olacaqdır. Sonuncunun C4 Aircross adlanadırılacağı gözlənilir.