AVTO

08 Aprel

Ekskluziv avtomobil satışa çıxarılıb - FOTO

Ekskluziv və klassik avtomobillərin satışı üzrə ixtisaslaşan Autostorico şirkəti unikal Maserati avtomobilin satışa çıxarıb.

Fins.az xəbər verir ki, bu, dizel mühərriki ilə təchiz edilmiş Quattroporte sedanının bazasında inşa edilmiş universaldır.

Univeral məşhur Adam Redding Classic Cars atelyesi tərəfindən inşa edilib və Cinqueporte (italyancadan tərcümədə - beş qapılı) adlanır. Avtomobilin yürüyüşü cəmi 14,024 kilometrdir. Maserati Quattroporte 3.0 TD Shooting Brake modelinin indiki sahibi, Touring Superleggera atelyesi tərəfindən inşa edilmiş Quattroporte Bellagio Fastback modelini  satın ala bilmədikdən sonra sifariş etmək qərarına gəlib. Belə universallar dörd nüsxədə inşa edilib, buna görə kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. Layihə üçün 200.000 funt sterlinq tələb edən iki iri mühəndislik firması ilə məsləhətləşdikdən sonra, o,  kuzov təmiri və klassik avtomobillərin bərpası üzrə tanınmış mütəxəssis Adam Reddinqə müraciət edib.

Yeni “Bellacio” universalının əsasını 2015-ci ilin dizel mühərrikli Maserati Quattroporte sedanı təşkil edib.  Sedanın damın əksər hissəsi kəsilib, sonra isə, bir neçə variantda dam və qurşaq xətti kompüterdə çəkilib. Layihənin ən çətin tərəfi elektrik hissəsi olub - xüsusilə də, arxa qapının elektrik ötürməsinin quraşdırılması. İdarəetmə modulu iri təchizatçıdan alınıb, onun bort elektronikası ilə uyğunlaşdırmasını  Adam Redding Classic Cars şirkətinin işçilərindən biri həyata keçirib. Ümumilikdə, universalın inşasına 1500 saat sərf edilib.

Maserati Quattroporte 3.0 TD Shooting Brake modelinin kapotunun altında 275 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 dizel mühərriki yerləşir.Transmissiya – 8-pilləli ZF “avtomatıdır”. Ötürmə - arxa oxadır.