Skoda şirkəti iki "bərkgedən" Kodiaq RS krossoveri təcili tibbi yardım üçün hazırlayıb. Hər iki avtomobildən mərkəzi İngiltərədə istifadə etmək planlaşdırılır. Krossover həkimlərə gecə və təcili yardım helikopterlərinin uçuşunun qadağan edildiyi mürəkkəb hava şəraitlərində təcili yardım göstərməyə kömək edəcəkdir.
Britaniyalı həkimlərinin artıq Skoda Kodiaq krossoverindən istifadə təcrübələri mövcuddur - 2,5 ay bundan əvvəl, Birləşmiş Krallığın Cənub-Qərb təcili yardım xidməti reanimasiya üçün uyğunlaşdırılmış 18 çex krossoverini alıb. Bütün "bərkgedən" Kodiaq RS krossoverləri də bənzər şəkildə təchiz olunublar, çünki onların hazırlanması da, əvvəlki krossoverlərin üzərində işləmiş Halls Electrical şirkətinə həvalə olunub.
Mərkəzi İngiltərədəki təcili yardım xidmətində Kodiaq RS ilə yanaşı, iki Skoda Superb modeli də vardır. Lakin, Çex markasının flaqmanlarının tibbi versiyaları qaydalardan istisnadır. Britaniya təcili yardım təşkilatı daha əlverişli Octavia unversalına üstünlük verir.
Adi Skoda Kodiaq təcili yardım krossoverləri 150 at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz olunsa da, Kodiaq RS modeli 239 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. Güclü mühərrik həkimlərə yeyin və təhlükəsiz şəkildə çağırışlara yetişməyə, həmçinin fövqəladə hallara çevik reaksiya göstərməyə imkan verəcəkdir.