AVTO

07 Aprel

Ferrari 1000 at qüvvəli modelini təqdim edib

Ferrari şirkəti Scuderia Ferrari komandasının 90 illik yubileyinə həsr etdiyi SF90 Stradale kupesini təqdim edib.

Fins.az xəbər verir ki, yeni model Ferrari markasının ilk qoşulan hibridi və kapotunun altında V8 mühərriki olan ilk bayraqdar avtomobilidir.

Bazada yerləşən biturbomühərrik Ferrari modellərindən tanış olan F154 aqreqatının təkmilləşdirilmiş variantıdır. Mühərrikin silindrlərinin diametri 86,5-dən 88 millimetrə, iş həcmi isə 3,9-dan 4,0-litrə qədər artırılmışdır. Bundan başqa, mühərrik 350 bar təzyiqinə malik olan birbaşa çiləmə sistemi, dəyişdirilmiş soyunma sistemi, və işlənmiş qazların təzyiqinin yenilənməsinin öncədən buraxılmasına cavabdeh olan klapanının elektron idarəetməsinə sahib olub. Nəticədə, mühərrikin hasılatı 720-dən 780 at qüvvəsinə, fırlanma anı isə, 770-dən 800 Nm-ə qədər artırılıb.

Əlavə olaraq, Ferrari SF90 Stradale üç elektrik mühərriki ilə təchiz edilir. Onlardan biri benzin mühərriki ilə ötürmələr qutusunun arasında, digər ikisi isə, ön təkərlərdə yerləşdirilib. Sonuncu mühərriklər müstəqil idarəetmə sisteminə malikdirlər ki, bu da dartma vektorunun dəyişdirilməsi sistemini tətbiq etməyə imkan verir.  Elektrik mühərriklərinin umumi hasılatı 220 at qüvvəsidir. Hibrid qurğunun gücü 1000 at qüvvəsi təşkil edir.

Güc aqreqatı səkkiz pilləli iki muftalı «robot» ilə tandemdə çalışır. Yeni qutu əvvəlkindən daha yığcam və yüngüldür. Bundan başqa, ötürmələrin həyata keçirilməsi müddəti 300-dən 200 millisaniyəyə qədər azaldılıb. Gözlənilməz xəbər isə qutunun arxa ötürməsinin olmamasıdır.  Artıq, geriyə hərəkət tamamilə elektrikləşib - bunun üçün benzin mühərriki söndürülür, yalnız öndəki elektrik mühərriklərindən istifadə edilir.

Superkar eDrive öndənçəkili ötürmə rejimində yalnız elektrik ötürməsi il hərəkət edə bilər. Kupe elektrik ötürməsi ilə 135 km/saat həddinə qədər sürətlənir. 7,9 kilovat-saatlıq litium-ion akkumulyatoru oturacaqların arxasında yerləşdirilib və avtomobilin 25 kilometrlik yürüşünü təmin edir. 

Ferrari SF90 Stradale modelinin kuzovu və şassisi tamamilə yenidir, və karbonplastikdən hazırlanıb. Kuzovun əyilməyə qarşı sərtliyi 20%, burulmaya karşı isə 40% artırılıb. Mühəndislər əsas aqreqatları aşağıda yerləşdirməyə müvəffəq olublar.  Bu isə avtomobilin ağırlıq mərkəzini aşağı salıb. Superkarın kokpiti də 20 millimetr yerə yaxın olub.