AVTO

07 Aprel

Mercedes-Benz EQS modeli AMG versiyasına sahib olacaq

Mercedes-Benz şirkətinin EQS bayraqdar elektrik sedanını hazırladığı məlumdur. Mercedes-Benz şirkəti elektrik modelinin güc xarakteristikalarını açıqlamasa da, İnternet şəbəkəsində yeni elektrokarın Affalterbaxdə yerləşən AMG bölməsinin mütəxəssisləri tərəfindən hazırlanacaq AMG versiyasının işıq üzü görəcəyi barədə şayiələr yayılmağa başlayıb.

Fins.az xəbər verir ki, AMG şirkəti flaqman elektrik sedanının ikimühərrikli versiyası üzərində işlərə start verib. İkimühərrikli elektrokar AMG modellərinin elektrik ekvivalenti olmalıdır. Eyni zamanda, "bərkgedən" elektrik sedanın Mercedes-Benz şirkəti tərəfindən hazırlanmış EVA arxitekturasına əsaslanacaq və cari Mercedes-Benz CLS modeli ilə bənzər ölçülərə sahib olacaqdır.