AVTO

06 Aprel

BMW yeni motosikletini təqdim edib - FOTO

BMW Motorrad şirkəti yeni BMW R18 motosiklini təqdim edib.

Fins.az xəbər verir ki, yeni bayk alman markasının Harley-Davidson, Indian və Triumph motosiklləri ilə rəqabət aparacaq klassik dizayna malik olan turizm modelidir. BMW R18 baykı üçün, alman markasının tarixindəki ən böyük ikisilindrli oppozit mühərrik hazırlanmışdır: 1.8-litrlik iş həcminə malik olan mühərrik 91 at qüvvəsi və 150 Nm fırlanma anı hasil edir. Motosikl altı pilləli transmissiya, kartan ötürməsi, söndürülə bilən stabilizasiya sistemi, LED işıq texnikası və geniş çeşidli aksesuarlar ilə təchiz edilir.