Hyundai şirkəti koronavirus böhranı zamanı zəmanət müddəti bitən bütün avtomobilərinl zəmanətlərini uzadıb. Üstəlik, avtomobilə zəmanətin müddətinin uzadılması dünyadakı bütün Hyundai avtomobillərinə şamil olunur. Şirkətin bildirdiyinə görə, hazırda175 ölkədə 1,21 milyondan çox zəmanətli avtomobil mövcuddur.
Fins.az xəbər verir ki, ABŞ-da 2020-ci ilin mart-iyun arasında zəmanət müddəti bitən avtomobillər üçün nəzərdə tutulmuş 5 illik/60.000 millik zəmanət, həmçinin transmissiyaya verilən 10 illik/100.000 millik zəmanət 30 iyun 2020-ci ilə tarixinədək uzadılacaqdır.
Eynilə, dünyada zəmanət müddəti 2020-ci ilin mart-iyun ayları arasında bitən Hyundai avtomobillərinin zəmanəti də üç aya qədər uzadılacaqdır. Bununla belə, unutmayın ki, zəmanətin uzadılması müddəti müxtəlif ölkədə a fərqli ola bilər.