AVTO

06 Aprel

Mazda 100 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO

Bu il Mazda şirkəti 100 illik yubileyini qeyd edir. Rəsmi versiyaya görə, şirkətin yaranma tarixi iş adamı Cuciro Matsdanın, o zaman mövcud olan Toyo Cork Kogyoya şirkətinin başına keçərək, onu metallurgiya və maşınqayırma avadanlıqları istehsalı üçün yenidən qurduğu 1920-ci ildən bu yana sayılır. Otuzuncu illərdən şirkət Mazda-Go markası altında trisikl istehsalı ilə məşğul olub. İlk Mazda seriya avtomobili yalnız 1960-cı ildə buraxılıb. Bu model yığcam və əlçatan R360 kupes olub.

Ən zəngin versiyalarda Mazda R360, tünd qırmızı rəngli damı və iki rəngli kuzovu ilə fərqlənirdi. İndi isə, bu rəng sxemi iki vacib modelin yubiley versiyalarında istifadə ediləcəkdir. 100th Anniversary Special Edition yubiley seriyasından olan Mazda MX-5 rodsteri və Mazda MX-30 elektrik krossoveri tünd qırmızı rəngli dam örtüyünə sahib olacaqdırlar. Digər yubiley seriyasından olan modellər bir qədər təvazökar tərtibat ilə seçiləcəkdirlər. Onlar iki rəngli sxemdə təklif edilməyəcəkdirlər.

Rəsmi görüntülərə görə, yubiley versiyası yapon markasının qlobal modellərinin əksəriyyətinə qismət olacaq: bunlar Mazda 2 və Mazda 3 hetçbekləri, Mazda 6 sedanı, CX-3, CX-30, CX-5, CX-8 və CX-9 krossoverlərdir. Onların ortaq xüsusiyyəti albalı rəngli süni dəridən ilə üzlənmiş interyer, habelə içəridə və xaricdə olan çoxsaylı yubiley emblemləridir.

Yaponiyada yubiley versiyaları artıq satışa çıxarılıb və bir il ərzində satılacaqdır. Sonradan yubiley avtomobilləri digər bazarlarda da təklif ediləcəkdir: məsələn, xüsusi MX-5 rodsteri, Mazda 3 və CX-30 modelləri Böyük Britaniyada təklif ediləcəkdir, onların hər birinin tirajı cəmi 100 nüsxədən ibarət olacaqdır, sonradan onlara Mazda 6 və CX-5 modelləri qoşulacaqdırlar.